AsifRustemli.com Asif Rüstəmlinin rəsmi saytı

Bölmələr

Təqvim

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Xəbər arxivi

Xüsusi bölmə

Sual və cavab

Hansı bölmə sizə daha çox maraqlıdır
Həyatı
Yaradıcılığı
Kitabları
Məqalələri
Müsahibələr
Əsərləri haqqında
Mükafatlar
Təbriklər
Fotoalbom
Video
Bizimlə əlaqə

Aktual xəbərlər

Əsərləri haqqında » CABBARLIŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏLƏR

  • Bölmələr:
CABBARLIŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏLƏR
Professor Vaqif ARZUMANLI. 17.11.2011

Filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli istedadlı ədəbiyyatşünas və pedaqoq kimi ədəbi və elmi ictimaiyyətimizə yaxşı tanışdır. Onun ədəbiyyat tariximizin bir sıra problemləri ilə bağlı axtarış və tapıntıları hər dəfə ayrı-ayrı ədiblərimizin həyat və yaradıcılıq yolunun unudulmuş, yaddan çıxmış səhifələrinə işıq salır, bu sahədəki fakt və materialları daha da zənginləşdirir.

Əsərləri haqqında » CƏFƏR CABBARLININ TƏRCÜMƏ SƏNƏTKARLIĞI HAQQINDA DƏYƏRLİ MONOQRAFİYA

  • Bölmələr:
CƏFƏR CABBARLININ TƏRCÜMƏ SƏNƏTKARLIĞI HAQQINDA DƏYƏRLİ MONOQRAFİYA

Zəkulla BAYRAMLI

C.Cabbarlının tərcümə sənətkarlığı haqqında dəyərli monoqrafiya

Filologiya üzrə elmlər doktoru, tənqidçi-ədəbiyyatşünas Asif Rüstəmlinin yenicə çapdan çıxmış “Mütərcim Cəfər Cabbarlı” monoqrafiyası bu böyük şəxsiyyətin bütünlüklə tərcüməçilik sənətkarlığına həsr olunmuşdur. Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçi və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru Aida Feyzullayevadır.
"Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı: həyatı və mühiti” və “Cefer Cabbarlı. Hayatı, Sanatı ve mücadilüsi” (Türkiyə, Manas Yayınevi, 2011, 296 səh.) adlı əsərlərindən sonra işıq üzü görən bu kitabıyla müəllif ...

Əsərləri haqqında » Cəfər Cabbarlının həyatı və mühiti yeni təfəkkür işığında

  • Bölmələr:
Cəfər Cabbarlının həyatı və mühiti yeni təfəkkür işığında
Yavuz AXUNDLU, professor
Cəfər Cabbarlının həyatı və mühiti yeni təfəkkür işığında

ASİF RÜSTƏMLİNİN BÖYÜK DRAMATURQA HƏSR OLUNMUŞ MONOQRAFİYASI HAQQINDA QEYDLƏR

C.Cabbarlının arxiv künclərində saralmış vərəqləri və bütün əsərlərinin gənc tədqiqatçılar tərəfindən yeni təfəkkür işığında təhlil olunması və dəyərləndirilməsi, yazdıqları və çap etdirdikləri məqalələr və kitablar ədəbiyyatşünaslığa layiqli töhfə olmaqla bərabər, ədibin şəxsiyyətini bütün incəliklərinə qədər aşkarlamışdır.
Bu baxımdan istedadlı alim, tanınmış ədəbiyyatşünas Asif Rüstəmlinin uzun illik tədqiqatlarının nəticələrini “Cəfər Cabbarlı: həyatı və mühiti” adlı sanballı monoqrafiyada ümumiləşdirib nəşr etdirməsi ayrıca qeyd olunmalıdır.

Əsərləri haqqında » Cəfər Cabbarlı milli istiqlalçılıq prizmasında

  • Bölmələr:
Cəfər Cabbarlı milli istiqlalçılıq prizmasında

Qürbət MİRZƏZADƏ
Cəfər Cabbarlı milli istiqlalçılıq prizmasında

Milli müstəqilliyə qovuşduğumuz son iki onilliyin əsas estetik tələblərindən biri milli-mənəvi sərvətlərə və ədəbi-tarixi şəxsiyyətlərə yeni baxış bucağından, obyektiv meyarlar və məfkurə işığında yanaşmanın ön mövqedə dayanmasıdır.

Əsərləri haqqında » Cabbarlışünaslığa yeni və dəyərli töhfə

  • Bölmələr:
Cabbarlışünaslığa yeni və dəyərli töhfə

İslam QƏRİBLİ
Cabbarlışünaslığa yeni və dəyərli töhfə

XX əsr Azərbaycan ədəbiyyatında ən çox öyrənilən, tədqiq və nəşr olunan sənətkarlardan biri Cəfər Cabbarlıdır (1899-1934). Filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı və mühiti”(Bakı, “Elm” nəşriyyatı, 2009) kitabını oxuyana qədər, səmimi qəlbdən etiraf edim ki, “C.Cabbarlı haqqında hər şeyi bilirəm iddiasında olmasam da, çox şeyi bilirəm” gümanında idim.

Əsərləri haqqında » Cəfər Cabbarlı irsinə yeni baxış

  • Bölmələr:
Cəfər Cabbarlı irsinə yeni baxış
Xanəli KƏRİMLİ

Cəfər Cabbarlı irsinə yeni baxış

Ötən əsrin 80-ci illərində ilk elmi-tənqidi yazıları ilə ədəbi mühitə yol alan və bu gün özünəməxsus söz sahibi olan Asif Rüstəmli “Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız” kimi dəyərli kitabların və yüzdən artıq elmi-publisistik məqalələrin müəllifidir. O, 30 ilə yaxındır ki, əsasən XIX əsrin sonları, XX əsrin ilk onilliklərini tədqiqat obyekti seçmiş bu dövrü müasirlik işığında, elmi düşüncənin yeniləşdiyi bir zamanın parametrləri səviyyəsində dəyərləndirir.

Əsərləri haqqında » Cabbarlışünaslığa dəyərli töhfə

  • Bölmələr:
Rəhman Salmanlı

Cabbarlışünaslığa dəyərli töhfə

Azərbaycan ədəbiyyatının XX əsr görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının 110 illik yubiley tədbirləri çərçivəsində tanınmış tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin elmi axtarışlarının bəhrəsi olan "Cəfər Cabbarlı: Həyatı və mühiti" kitabının təqdimat mərasimi olmuşdur.
Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyevdir. Mərasim dramaturqun ev muzeyində keçirilmişdir. Tədbirə alimlər, araşdırıcılar, ali məktəb tələbələri, müəllimlər, mügənnilər, aktyorlar, ictimaiyyətin nümayəndələri, bir sözlə, cabbarlısevərlər toplaşmışdılar. [/b]