
________________________________________
Bədii həqiqət geneoloji kökü, estetik qaynaqları və rişələri ilə həyat həqiqətlərinin beşiyindən boy atır, pərvəriş tapır. Tarixi gerçəklik isə həyat həqiqətlərinin süzülmüş, seçilmiş, sıxılmış məcmusu, mənəvi dəyərlər toplusunun bütün zamanlar üçün müasirlik faktıdır, Azərbaycan ədəbiyyatının sadiq qaldığı realist, demokratik ənənələrin inkişafına tarixi mövzuların bədii-estetik təsiri danılmazdır.

