Warning: fopen(/home/asif/public_html/engine/cache/related_6.tmp): failed to open stream: Erişim engellendi in /home/asif/public_html/engine/modules/functions.php on line 337 Warning: fwrite(): supplied argument is not a valid stream resource in /home/asif/public_html/engine/modules/functions.php on line 338 Warning: fclose(): supplied argument is not a valid stream resource in /home/asif/public_html/engine/modules/functions.php on line 339 Bahar oğlu yad edildi » www.AsifRustemli.com

AsifRustemli.com Asif Rüstəmli

Bölmələr

Təqvim

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Xəbər arxivi

Xüsusi bölmə

Sual və cavab

Daha çox hansı bolmə haqda mövzu axtarırsiniz?
Həyatı və yaradıcılığı
Kitabları
Məqalələri
Şeirləri
Mükafatlar
Təbriklər
Fotoalbom
Video materiallar
İnformasiyalar

Tanınmış xəbərlər

İnformasiyalar » Bahar oğlu yad edildi

Bahar oğlu yad edildi

Cəfər Cabbarlının anadan olmasının 104-cü ildönümü qeyd olundu

Bu il martın 20-də görkəmli dramaturqumuz Cəfər Cabbarlının anadan olmasının 104-cü ili idi. Böyük ədibimiz dünən ənənəvi olaraq ev muzeyində yaxınlarının təşəbbüsü ilə bir daha anıldı.
Xatirə gecəsini açıq elan edən tədqiqatçı Asif Rüstəmli Azərbaycan ədəbiyyatının və mədəniyyətinin Səməd Vurğun, Mehdi Hüseyn, Məhəmmədhüseyn Şəhriyar, Həsənağa Turabov, Hüseynqulu Sarabski və digər görkəmli nümayəndələrinin də doğum gününün məhz bahara təsadüf etdiyini vurğuladı. A.Rüstəmlinin sözlərinə görə, ilin bu fəsli təkcə Novruz bayramı ilə deyil, həm də mədəniyyətimizin və söz sənətimizin əlamətdar hadisələri ilə yadda qalıb.
Tədqiqatçı 31 mart soyqırımı ərəfəsində dramaturqun ötən əsrin əvvəllərində törədilmiş 18 mart faciəsindən bəhs edən "Əhməd və Qumru", dövrümüzə gəlib çatmayan "Bakı müharibəsi" əsərlərinə nəzər salaraq, onların bu gün də aktuallığını itirmədiyini vurğuladı.
Tədbirdə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim heyəti və tələbələri, dilçi alim və tədqiqatçılar da iştirak edirdi. Onlar dramaturqun yaradıcılığına nəzər salaraq onun ədəbi tənqidi, teatr irsi barədə geniş söhbət açdılar.
Professor Nizaməddin Şəmsizadə sosialist realizmi ədəbiyyatının nümayəndəsi kimi qələmə verilən Cəfər Cabbarlının yaradıcılığının yenidən öyrənilməsi zərurətini ortaya qoydu. Alimin fikrincə, dramaturq əslində, bütün yazılarında sovet totalitarlığına qarşı çıxaraq, türkçü, islamçı yazıçı olub.
Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov C.Cabbarlı irsinin heç vaxt tükənməyəcəyini söyləyərək onun insani keyfiyyətlərindən danışdı: "C.Cabbarlı həyatda, insanlarla münasibətdə, ailədə təkrarolunmaz gözəl insan olub. Çox istərdim ki, gələcəkdə belə məclislərdə onun çox sevdiyi tar da olaydı, sevdiyi musiqi səslənəydi. C.Cabbarlı dramaturq olmaqla yanaşı, həm də gözəl rejissor, tənqidçi, nəzəriyyəçi idi. Onun teatr irsi, tənqidi məqalələri indinin özündə də bizim tələbələr üçün əsas dərs vəsaitidir. Azərbaycan teatrının yaranması Cabbarlının adı, yaradıcılığı ilə bağlıdır."
Filologiya elmləri namizədi Tahirə Məmmədova isə dramaturqun yaradıcılığı ilə müasir dövr arasında paralellər apardı: "C.Cabbarlı yaradıcılığında müasir dövrümüzün bir sıra hadisələrini izləyə bilərik. Son vaxtlar bəşəriyyəti iki böyük fəlsəfi problem daha çox düşündürür - qloballaşma və mədəniyyətlərin qovuşması. C.Cabbarlı hələ əsrin əvvəllərində bu mövzulara toxunub. O, məhəlli elementlərin yaşadılmasının vacibliyini hələ o vaxtlar vurğulayıb. "1905-ci ildə", "Ədirnə fəthi" əsərlərində isə o, mədəniyyətlərin toqquşmasını göstərib". Tədbirdə həmçinin Aybəniz Vəkilova, professor Vəfa Əliyev, Aydın Abil, Bayram Hacıyev, filologiya elmləri namizədi Firudin Qurbansoy, telejurnalist Firuz Əhmədli və digər Cabbarlısevərlər iştirak edirdi.








Bahar oğlu yad edildi



"Cəfər Cabbarlının erası başladı"
Dövlət Mədəniyyət və İncəsənət Universitetində ədibin xatirəsi yad edildi


Bu il paytaxtımızda Azərbaycan teatrının 130 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilib. Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil edilən tədbir də bu sıradan idi.
Teatr dedikdə ilk növbədə Azərbaycanda bu sənətin tanınmış simalarından biri - böyük dramaturqumuz Cəfər Cabbarlı yada düşür. Təsadüfi deyil ki, universitetin müəllim və tələbələrinin, eləcə də teatrsevərlərin toplaşdığı bu məclis də ilk növbədə Cəfər Cabbarlının dramaturji fəaliyyətinə həsr olun-muşdu.
Professor Nizaməddin Şəmsizadə C.Cabbarlı irsindən söhbət açdı. O, 104 yaşı qeyd edilən klassikin hələ də elmi, ədəbi, tarixi qiymətini almadığını vurğuladı. Buna baxmayaraq, N.Şəmsizadə ədəbiyyatımızın parlaq simasının yaratdığı qəhrəmanlarının timsalında əbədi yaşamasını ən böyük təsəlli hesab etdiyini bildirdi. "Cəfər Cabbarlı həmişə zamanla səsləşən qiymətli əsərləri ilə gənc olaraq qalacaq. Azərbaycan xalqının milli sərvəti olan bədii sözün qiymətdən düşdüyü, sözün kağızdan utandığı bir zamanda Cabbarlı sözünün müasirliyi bizimlədir. C.Cabbarlı həm də Əli bəy Hüseynzadə ənənəsini davam etdirən türkçü, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirdən sonra azərbaycançılığı öz əsərlərində əks etdirən sənətkardır. Teatr sənətinin əsası C.Cabbarlıyla qoyuldu, H.Cavid və İ.Əfəndiyevlə davam etdirildi. Hesab edirəm ki, bundan sonra C.Cabbarlının milli sənətkar kimi erası başlandı".
C.Cabbarlı irsinin tədqiqatçısı Asif Rüstəmli tədbir iştirakçılarını dramaturqun həyat və yaradıcılığı ilə bağlı onun arxivində rast gəldiyi faktlarla tanış etdi. Tədqiqatçı Azərbaycan ədəbiyyatında öz səhifəsini açmış bir sənətkara məxsus sənədlərlə tanış olmağı özünə böyük şərəf hesab edir. A.Rüstəmlinin sözlərinə görə, 1905-ci ildə Bakıda 7 saylı rus-müsəlman məktəbinin birinci sinfinə gedən C.Cabbarlı iki il sonra - aprelin 7-də ilk yazısını "Təzə həyat" qəzetində xeyriyyəçi Bəşir bəy Aşurbəyova təşəkkür məktubu formasında yazıb. Səbəbsə xeyriyyəçinin onun və digər şagirdlərin hər ay təhsil haqqını ödəməyi öz öhdəsinə götürməsi olub.
Tədbirin sonunda dramaturqun qızı Gülara Cabbarlı atasının xatirəsinə olan dərin ehtiram və hörmətə görə hamıya minnətdarlığını bildirdi.
  • Müəllif: admin 16-02-2010, 11:00
  • Baxılıb: 156 |

Şərhlər