AsifRustemli.com Asif Rüstəmlinin rəsmi saytı

Bölmələr

Təqvim

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

Xəbər arxivi

Xüsusi bölmə

Sual və cavab

Hansı bölmə sizə daha çox maraqlıdır
Həyatı
Yaradıcılığı
Kitabları
Məqalələri
Müsahibələr
Əsərləri haqqında
Mükafatlar
Təbriklər
Fotoalbom
Video
Bizimlə əlaqə

Aktual xəbərlər

Məqalələr » Müdriklik mücəssəməsi

  • Bölmələr:
Müdriklik mücəssəməsi
MÜDRİKLİK MÜCƏSSƏMƏSİ

Yüksək natiqlik məharəti, geniş erudisiyası, ensiklopedik biliyi, dərin analitik zəkası, müdrik və uzaqgörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, müstəsna idarəçilik istedadı, peşəkar diplomatik manevrləri ilə əfsanələşərək fenomenal şəxsiyyət Olimpində qərar tutdu. Dünyanın görkəmli ictimai-siyasi xadimləri planetar miqyaslı siyasətçi Heydər Əlirza oğlu Əliyevi hələ onun sağlığında “canlı əfsanə”, “dahi şəxsiyyət”, “siyasət ustadı” adlandırırdılar.

Məqalələr » MOLLANƏSRƏDDİNÇİ ŞAİR BAYRAMƏLİ ABBASZADƏ

  • Bölmələr:
MOLLANƏSRƏDDİNÇİ ŞAİR BAYRAMƏLİ ABBASZADƏ
Asif RÜSTƏMLİ
filologiya elmləri doktoru, professor

MOLLANƏSRƏDDİNÇİ ŞAİR BAYRAMƏLİ ABBASZADƏ

Ürəyim parçalanıb dağda bitən lalə kimi.
B.Abbaszadə

Səadətini xalqının azadlığı, vətəninin istiqlalı uğrunda mübarizələrdə axtaran fədai-şair Bayraməli Abbaszadə əsərlərinin ideya istiqaməti və bədii yaradıcılıq xüsusiyyətləri etibarilə “Molla Nəsrəddin” ədəbi məktəbinə mənsubdur. O satirik poeziyanın tanınmış nümayəndəsi səviyyəsinə yüksələnə qədər taleyin keşməkeşli, dövrün ictimai-siyasi hadisələrinin gur və müdhiş məcrasından keçməli olmuşdur.

Məqalələr » ZAMANIN SÖZ KÜRSÜSÜ

  • Bölmələr:
ZAMANIN SÖZ KÜRSÜSÜ
Asif RÜSTƏMLİ
filologiya elmləri doktoru, professor

ZAMANIN SÖZ KÜRSÜSÜ
(Həqiqət işığında)

Dövrün mətbu mühiti

Məfkurəsindən, məramından, qayəsindən asılı olmayaraq ölkəmizdə zaman-zaman nəşrə başlayan hər bir informasiya daşıyıcısı, qəzet və jurnal xalqın, ictimai-siyasi, ədəbi-mədəni həyatında əhəmiyyətli hadisə, söz kürsüsü, fikir tribunası olmuşdur. Şübhəsiz ki, milli mətbuatımızın 134 illik tarixi boyunca işıq üzü görmüş dövri mətbuat orqanları ilk növbədə təsisçi qurumun, firqənin, zümrənin mənafeyini güdməklə, təəssübünü çəkməklə tarixi salnamə funksiyasını öz üzərinə götürmüş və cəmiyyətdə söz azadlığının inkişafına, milli şüurun oyanışına rəvac vermişdir.

Məqalələr » CƏFƏR CABBARLI CÜMHURİYYƏT DÖNƏMİNDƏ

  • Bölmələr:
CƏFƏR CABBARLI CÜMHURİYYƏT DÖNƏMİNDƏ

Asif RÜSTƏMLİ

CƏFƏR CABBARLI CÜMHURİYYƏT DÖNƏMİNDƏ

Azərbaycan Xalq Cümhuriyyəti yaranışı ilə ədəbi-mədəni həyata sövqi-təbii canlanma, ilıq bir bahar nəsimi gətirdi. Uzun onilliklər Rusiya imperializminin boyunduruğu altında əzilən, alçaldılan insanlar taleyin qismətiylə milli dövlətin təsisindən qürur hissi keçirir, fəxarət duyurdular. Dövlətçilik quruculuğu istiqamətində özünü büruzə verən ən kiçik yeniliklər cəmiyyətdə böyük maraq və məhəbbətlə qarşılanırdı.

Məqalələr » Qarabağ “1905-ci ildə”: tarixi gerçəklik və bədii həqiqət

  • Bölmələr:
Qarabağ “1905-ci ildə”:  tarixi gerçəklik və bədii həqiqət

Asif Rüstəmli

Qarabağ “1905-ci ildə”:

tarixi gerçəklik və bədii həqiqət


Bədii həqiqət geneoloji kökü, estetik qaynaqları və rişələri ilə həyat həqiqətlərinin beşiyindən boy atır, pərvəriş tapır. Tarixi gerçəklik isə həyat həqiqətlərinin süzülmüş, seçilmiş, sıxılmış məcmusu, mənəvi dəyərlər toplusunun bütün zamanlar üçün müasirlik faktıdır, ...

Məqalələr » Macar alimi Mesaroş və I Türkoloji qurultay

  • Bölmələr:
Macar alimi Mesaroş və I Türkoloji qurultay

Asif RÜSTƏMLİ
Macar alimi Mesaroş və I Türkoloji qurultay

Ümummilli əhəmiyyət kəsb edən tarixi hadisələrin üstündən qərinələr, əsrlər keçsə də, o unudulmur, bayatlaşmır, aktuallığını qoruyub saxlayır, ibrətamiz örnəyə çevrilir. Türk xalqlarının tarixində və taleyində unudulmaz izlər buraxan, 1926-cı ilin fevralın 26-dan martın 6-dək Azərbaycanın paytaxtı Bakı şəhərində polyak memarı İ.K.Ploşkonun layihəsi əsasında ucaldılmış möhtəşəm “İsmailiyyə” (indiki AMEA Rəyasət Heyəti –A.R.) sarayının geniş iclas zalında gerçəkləşən Birinci Türkoloji qurultay eyni soydan, kökdən olan parçalanmış, bir-birindən iraq düşmüş xalqlar arasında birləşdirici missiyasına görə ortaq mənəvi dəyərləri ilk dəfə yüksək səviyyədə gündəmə gətirən, qartımış problemlərin üzərinə işıq salan əhəmiyyətli tarixi hadisə idi.